2019-cu ildə Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 364,9 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 8 532,9 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 2 615,6 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 2 061 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 2 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 508,6 milyon dollarlıq qalıq hesabına formalaşıb.
Eləcə də bax: Əmək haqqı kartları 11 ayda ilk dəfə - AZALMAĞA DOĞRU GEDİB
FED.az məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən il xarici ticarət balansının qalığı 13,3% azalıb, xidmətlər balansının kəsiri 26,85% artıb, ilkin gəlirlər balansının kəsiri 16,2% (o cümlədən investisiya gəlirlərinin repatriasiyasındakı kəsiri 2,8%), təkrar gəlirlər balansının qalığı isə 30,5% azalıb.
Report