"Express Lombard" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişib.
FED.az xəbər verir ki, şirkətin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) Açıq Səhmdar Cəmiyyətinə (ASC) dəyişdirilib.
""Express Lombard" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir",- Şirkətin bildirişində deyilir.
2011-ci ildə dövlət qeydiyyatına alınmış və 10 manat nizamnamə kapitalı olan "Express Lombard"ın qanuni təmsilçisi İsayeva Svetlana Cəmil qızıdır. Şirkətin hüquqi ünvanı Bakı, şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev ev 142-dir. (Marja)