2021-ci il üzrə Azərbaycanın cari əməliyyatlar balansında təqribən 104,8 mln. ABŞ dolları həcmində profisit proqnozlaşdırılır.
FED.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Gələn il üzrə cari əməliyyatlar balansında ÜDM-in 0,2%-i səviyyəsində və ya təqribən 104,8 mln. dollar həcmində profisit proqnozlaşdırılır. Növbəti illərdə cari əməliyyatlar balansının profisitinin getdikcə artması gözlənilir ki, bu da, öz növbəsində, valyuta bazarında sabitliyin möhkəmlənməsinə xidmət edəcək.