2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.346 (1.243 hüquqi şəxs, 8.103 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 54,8 faizi regionların payına düşüb.
FED.az xəbər verir ki, bununla da 1 mart 2019-cu il tarixə vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 988.158-ə çatıb. Hesabat dövründə 1.243 kommersiya hüquqi şəxsdən 69,1 faizi, 8.103 fiziki şəxsdən 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.
2019-cu ilin fevral ayı ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3.896 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51,6 faiz çoxdur. Həmin dövrdə qeydiyyatdan keçmiş NKA-ların sayı 2.493, POS-terminalların sayı isə 908 olub ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 91,9 faiz və 16,7 faiz çoxdur.
Eləcə də bax: Mərkəzi Bank 350 milyon manat cəlb edir
Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
15:29
7 Mart 2019