Martın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
FED.az AMB-a istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26-9,24 faiz təşkil edir.
Eləcə də bax: Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı sualları – CAVABLANDIRMAĞA BAŞLAYIB – SUAL-CAVAB