Dini ziyarətgahlarda ianələrin toplanması və xərclənməsi ilə bağlı yeni qaydalar üzərində iş gedir.
Dini ianələrin elektron qaydada ödənilməsi üçün - QAYDALAR HAZIRLANIR
FED.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin qaydalar hazırlanıb başa çatdıqdan sonra təsdiq olunacaq.
“İanəni toplayan ziyarətgah ianənin həm toplanması, həm xərclənməsini şəffaf şəkildə internet üzərində elan edəcək. Eyni zamanda, başqa ölkələrdə olduğu kimi, ianə verən şəxslər bunu elektron formada, terminallar vasitəsilə də verə biləcəklər. İnsanlar verdikləri ianələrin hara xərcləndiyini biləcəklər. Bu layihə hazırda müzakirə olunur və başa çatdıqdan sonra təsdiq olunmaq üçün təqdim ediləcək”, - deyə M.Qurbanlı bildirib. (Trend)