Azərbaycanda 2023-cü ildə dövlət büdcəsindən müdafiə və milli tühləkəsizlik xərcləri 4,6% artırılacaq.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Büdcə layihəsinə əsasən gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə 5 milyard 320 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (5 085 milyon manat olub) müqayisədə 235 milyon manat və ya 4,6% artıqdır.