Avropa İttifaqının bir çox ölkəsinin COVID-19 pandemiyasına qarşı stimullaşdırıcı paketinin qəbul edəcəyi ümidləri fonunda bu gün avronun ABŞ dollarına qarşı məzənnəsi dördaylıq maksimuma çataraq 1,14 dollar təşkil edib.
Eləcə də bax: Bolqarıstan və Xorvatiya - AVROYA KEÇİR
FED.az xəbər verir ki, son aylar ərzində dolların məzənnəsi virusa qarşı vaksinin düzəldilməsi xəbərləri və ABŞ-da inflyasiyanın artımı fonunda nisbətən stabil idi.
Qeyd edək ki, hazırda dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1440 dollar təşkil edir. (Apa)