Bir neçə günlük enişdən sonra Avropa vadyutası - avro, yenidən dollar qarşısında mövqelərini bərpa edib.
FED.az xəbər verir ki, sentyabrın 8-dən başlayaraq avro dollardan baha olub. Hazırda 1 avro 1,009 dollar ətrafında dəyişir.
Avronun dollar qarşısnıda bahalaşması Azərbaycanda da özünü göstərib. Azərbaycan Mərkəzi Bankının (AMB) gündəlik açıqladığı rəsmi məzənnələrdə sentyabrın 8-də 1 avro 1,6986 manat, idisə, sentyabrın 9-da bu göstərici 1,7122 manat olub.
Beləliklə rəsmi məzənnələrdə avro dolları üstələyib.
Xatırladaq ki, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manatdır.