Enerji böhranı avroya təzyiqini artırmağa davam edir.
Azərbaycanda rəsmi məzənnələr açıqlandı - MƏRKƏZİ BANK
FED.az xəbər verir ki, yeni həftənin ilk əməliyyatlarında avro dollar qarşısında ilk dəfə 0,99-dan aşağı düşüb. Başqa sözlə, Avropadakı enerji böhranı qitənin ümumi valyutasını son 20 ilin ən aşağı səviyyəsinə endirib.
Avro/Dollar pariteti 0,99 səviyyəsindən aşağı olması 2002-ci ildən bəri ən aşağı səviyyəsdir. Buna səbəb olan əsas amil son vaxtlar daha da kəskinləşən enerji böhranıdır.
Belə ki, Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
“Qazprom”dan verilən yazılı açıqlamada avqustun 31-də təmirə götürülən və sabah yenidən işə salınması gözlənilən “Şimal axını”nda turbində nasazlıqların aşkarlandığı bildirilib.
Xəttdən təbii qazın nəqlinin nasazlıqlar aradan qaldırılmadan həyata keçirilə bilməyəcəyinə diqqət çəkən açıqlamada bu səbəbdən “Şimal axını” ilə təbii qazın nəqlinin qeyri-müəyyən müddətə dayandırılmasına qərar verildiyi qeyd edilib.
Digər tərəfdən, G-7 ölkələrindən Rusiya nefti üçün tavan qiymət təyin edirlər və bunun yaradacağı problemlər ilk növbədə Avropaya problem yarada bilər.
G-7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatda, Rusiyadan idxal ediləcək xam neft və neft məhsulları üçün tavan qiymət tətbiqi ilə bağlı razılığa gəldiklərini təsdiqləyiblər.