Maliyyə böhranı qlobal bank sektorunu sakit və tərəqqi prosesindən böyük qaranlığın olduğu qeyri-müəyyənlik prosesinə saldı.
Artıq tədricən bu şok aradan qalxmağa başlayır və bank sektoru yavaş-yavaş vəziyyətə uyğunlaşır. Burada bir sıra əsas məqamlar da meydana çıxır ki, onlar öz növbəsində hələ uzun onilliklər bankın biznes modellərinə təsir göstərəcəkdir.
Aşağıda biz çox böyük ehtimalla 2030-cu ilə bank işini formalaşdıracaq 8 əsas trendi ümumi şəkildə sadalamışıq.

- Millətçilik vs Qlobalizm: ümumi bank modelinə qoyulan məhdudiyyətlər
Yeni iqtisadi problemlər bir çox ölkələri və ya millətləri proteksionist ticarət yanaşmalarını qəbul etməyə vadar edə bilər. Bu da bank sektorunun bazarlara girib-çıxmaq imkanına təsir edə və sahibkarlıq strukturlarını, fondların repatriasiyasını məhdudlaşdıra bilər.
- Dövlət kapitalizmi: qlobal bank işində yeni qüvvə
Baxmayaraq ki, global tənzimləmənin dəqiq arxitekturası natamam istehsal prosesi olaraq qalır, bank işinin həm struktur, həm də gündəlik əməliyyatlarında dövlətin rolu və iştirakı nəzərəçarpan dərəcədə artır.
Yeni tənzimləmənin, nizamlamanın qarşısında duran maneələrə baxmayaraq, bu dəyişiklik həmçinin yeni biznes modellərini yaradacaqdır. Çünki məhdud ehtiyatlara malik dövlətlər ideyaları, kapitalı və əməliyyat bilik-bacarıqlarını təqdim etməyə qadir təşkilatlarla əməkdaşlıq etməyə meyllidirlər.

- Ticarət axınları: imkanlar və dəyişikliklər
Ticarətin böyük bir hissəsi regionlarda baş tutduğundan, qlobal banklar güclü regional partnyorlarının bilik və təcrübəsini artırmalıdırlar. Bununla bağlı 2030-cu ildə müvəffəqiyyətli və uğurlu olan qlobal banklar eyni zamanda yüksək xidmət standartları və uzunmüddətli müştəri əlaqələri ilə seçiləcək və tanınacaqlar.
- Yeni bazarlar: Zühur
2030-cu ilə qədər hazırda “inkişaf etməkdə olan” və ya “artım” bazarları adlandırdığımız çoxlu sayda bazar yetkinlik mərhələsinə çatacaq. Asiya, Latın Amerikası və Afrikada yüksək artım bazarlarının yeni nəsli onların yerini tutacaqdır.
Qlobal banklar bu bazarlarda rəqabət aparmaq qabiliyyətində olacaq, lakin onlar yerli ehtiyac və qanunvericiliyi, o cümlədən qaydaları diqqətlə öyrənməlidirlər.
Qlobal banklar bu bazarlarda rəqabət aparmaq qabiliyyətində olacaq, lakin onlar yerli ehtiyac və qanunvericiliyi, o cümlədən qaydaları diqqətlə öyrənməlidirlər.
- Demoqrafiya: daha yaşlı şəhər nəsli
Demoqrafiya bank işinin gələcəyini idarə edəcəkdir. Proqnozlar göstərir ki, qlobal dünyada sakinlərin sayı 2030-cu ilə qədər 8 milyarddan çox olacaq və sakinlərin əsas hissəsini yaşlı nəsil təşkil edəcəkdir.
Bank işi üzrə yeni biznes modelləri yaş kateqoriyasını, artan şəhər əhalisini və demoqrafiyanı nəzərə alaraq xidmətlər göstərməli olacaqlar.
Bank işi üzrə yeni biznes modelləri yaş kateqoriyasını, artan şəhər əhalisini və demoqrafiyanı nəzərə alaraq xidmətlər göstərməli olacaqlar.
- Müştərilərlə əlaqələr: daha çox şəxsi münasibətlər daha çox etibar yaradacaqdır
Müştərilər öz maliyyə əlaqələrinə daha çox nəzarət etməyə alışdıqları üçün çətin ki, bu trend dəyişsin. 2030-cu ilədək banklar bugünün standartlarına görə fantastik hesab edilən məlumat analizi metodları vasitəsilə öz müştəriləri ilə olan əlaqələrini daha da dərinləşdirəcəklər.
Qıraqdan baxarkən 2030-cu ilin bankları üçün uyğun gələn biznes modelinə əsasən yüzlərlə bankın dəqiq müştəri seqmentinə malik və bu seqmentə uyğun öz xüsusi məhsulunun olacağı gözlənilir.
Qıraqdan baxarkən 2030-cu ilin bankları üçün uyğun gələn biznes modelinə əsasən yüzlərlə bankın dəqiq müştəri seqmentinə malik və bu seqmentə uyğun öz xüsusi məhsulunun olacağı gözlənilir.
- Ödənişlər: yeni bazarlar və yeni modellər
Texnologiya bank sektorunun ödəniş seqmentlərini qeyri-adi tariflə dəyişir.
Əsas nəzərəçarpan hallar isə aşağıdakılardan ibarətdir:
Əsas nəzərəçarpan hallar isə aşağıdakılardan ibarətdir:
- Mobil bank kimi xidmtlər təklif edən qeyri-bank ödəniş xidməti təchizatçıları (PSPs) tərəfindən rəqabət
- Daha sürətli, ucuz və istənilən vaxtda/istənilən yerdə ödənişin həyata keçirilməsi üzrə müştəri tələbatı
- Birjalar vasitəsilə həyata keçirilən və lakin birjadankənar derivativlərin tənzimlənməsi ilə təsir altına düşən çoxsaylı tranzaksiyalar
- Sistem risklərinin azaldılması və böhrandan sonrakı tənzimləmələrə görə nəzarət ilə bağlı gücləndirilmiş diqqətin olması.
- Enerji: köhnə sifarişin yeni üsulla əvəzlənməsi
Enerji istehsalı ilə bağlı olan, yeni texnologiya ilə əlaqədar siyasi və ətraf mühit amilləri yeni maliyyə məhsullarının yaradılmasını tələb edəcəkdir. Ola bilsin onlar böyük enerji layihələri üçün maliyyə və fandrayzinq dəstəyini təmin etsinlər.
Mənbə: www.ey.com/
Mənbə: www.ey.com/