Maliyyyə Nazirliyi 2021-ci il üzrə dövlət büdcəsinin layihəsini açıqlayıb.
FED.az xəbər verir ki, «Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında» qanun layihəsində büdcənin gəlir və xərcləri, eləcə də onların formalaşdığı mənbələr, ayrı ayrı təşkilatlar və rayon şəhərlərin büdcələri göstərilib.
Sənəd layihə şəklindədir, onun qüvvyə minməsi üçün Milli Məclisdə 3 oxunuşdan keçməsi və dövlət başçısı tərəfindən təsdiqlənməsi tələb olunur.
İndiyədək formalaşan praktikaya görə, parlament müzakirələrində büdcəyə demək olar ki, dəyişiklik edilmir.
Bu mənada 2021-ci il üzrə büdcə layihəsinin dəyişiklik olmayadan qəbul ediləcəyini proqnozlaşdırmaq olar.