Azərbaycanın "Qala Həyat" sığorta şirkətinin 09.01.2019-cu il tarixdə, saat 10:00-da səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı (Cəmiyyətin Bakı ş, Tbilisi pr., 1058, bina 36A, m. 53 ünvanında yerləşən ofisində) keçiriləcək.
FED.AZ xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
- Cəmiyyətin Direktorlar Şurasının üzvünün vəzifəsindən azad edilməsi.
- Cəmiyyətin Direktorlar Şurasının tərkibinə yeni üzv qəbul olunması.