Dünyanın ən böyük iqtisadi mərkəzləri-ABŞ, Çin, Yaponiya 63 trilyon dollarlıq “qlobal hökumət borcları sıralaması”nda ilk üçlükdə yer alıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, dünya hökumətlərinin toplam borcu 63 trilyon dollardır. ABŞ, Çin və Yaponiyanın ümumi borcu “qlobal borclar”ın 58.5%-ni təşkil edir.
ABŞ 19.94 trilyon dollarlıq borcla sıranın lideridir. Bu da ümumi borcun 32%-i deməkdir.
11 trilyon dollarlıq borcla sıranın ikincisi olan Yaponiya ümumi borcun 18.8%-ni qarşılayır.
Çinin toplam borcu isə 5 trilyon dollardır. Bu da ümumi borcun 8%-i deməkdir.
©bbn.az