2020-ci il icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 dollar səviyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 dollara enərsə , icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6% azala bilər.
Eləcə də bax:Azərbaycanın dövlət büdcəsində - ARTIQLIQ YARANIB
FED.az gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir ki, 2020-ci il də neftin qiymətindəki mükün azalmanın dövlət büdcəsinə əhəmiyyətli təsiri gözlənilmir.
İcaml büdcə gəlirlərinin 52,7% neft gəlirləri hesabına formalaşdığına görə, neft qiymətlərindəki mümkün icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirlərinin artmasına təsir edəcəkdir.
Belə ki, dövlət büdcəsinin neft gəlirlərinin əsas hissəsi Dövlət Neft Fondunun transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyuta deyil, manat ifadəsində müəyyən olunub.
Büdcə gəlirlərinin hesablanması zamanı 55 dollar səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 dollara enərsə, dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə cəmi 1,6% azala bilər ki, bu azalmanın da 1,3% birbaşa neft-qaz sektorundan olan gəlirlərin azalması, 0,3% isə neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft –qaz sektoruna təsirləri nəticəsində ola bilər.