Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 % artıb.
Bu il Azərbaycan iqtisadiyyatına 11 mlrd. manata yaxın - İNVESTİSİYA QOYULUB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.