2023-cü ilin ilk yarısında Azərbaycanın maliyyə vəziyyəti böyük dərəcədə yaxşılaşıb.
İlham Əliyev müşavirə keçirdi, vəziyyəti açıqladı - İRADLAR SƏSLƏNDİRDİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə bildirib.
Dövlət başçısı bildirib ki, maliyyə vəziyyətiin yaxşılaşması maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi hesabına baş verib: «Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır».
Nəticədə büdcəyə əlavə 3 milyard manat toplamaq mümkün olub: «Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatıb, 33 milyard manatdan çox səviyyəyə qalxıb. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur».
Dövlət başçısı bildirib ki, bu vəziyyət ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə imkan verir: «İlk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq».