Qəzza zolağındakı vəziyyətlə bağlı Türkiyənin sanksiyalarından sonra İsrail cavab tədbirləri görəcək.
Türkiyə İsrailə bir sıra məhsulların ixracına - QADAĞA QOYDU
FED.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats deyib.
“İsrail ticarət razılaşmalarının birtərəfli pozulmasına razılaşmayacaq və Türkiyəyə qarşı bu ölkənin iqtisadiyyatına zərər verəcək paralel tədbirlər görəcək”, - o bildirib.
İ.Kats Türkiyə məhsullarının idxalını məhdudlaşdırmaq üçün ABŞ də daxil olmaqla üçüncü ölkələrə təsir göstərməyə çalışacağını bildirib.
Qeyd edək ki, Türkiyə aprelin 9-dan Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib. (Report)