Yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 38 milyon 235,4 min manat olub.
Eləcə də bax: Gömrük tarifləri dəyişdiriləcək - Komitə rəhbərliyi - SAHİBKARLARLA GÖRÜŞÜB
FED.az xəbər verir ki, komitədən bildirilib ki, 6 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 557 milyon 547,1 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 382 milyon 115,9 min manat, aksizlər üzrə 77 milyon 826,9 min manat, yol vergisi üzrə isə 20 milyon 745,5 min manat təşkil edib. (Azərtac)