İyulun 7-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və “Caspian Energy Club”un üzvləri arasında onlayn formatda görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, komitə sədrinin müavini Cavad Qasımov, Baş İdarə rəisləri, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev, 90-dək sahibkar iştirak edib.
Malları gömrükdə saxlanılan sahibkar - GÖMRÜK KOMİTƏSİNƏ MƏHKƏMƏDƏ QALİB GƏLDİ
Görüşdə komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, gömrükdə aparılan islahatların davamı olaraq cari ildə yeni Gömrük Məcəlləsinin qəbulu gözlənilir.
Sədr müavini bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin genişləndirilməsi, rəqəmsal gömrük sisteminin formalaşdırılması, tarif nomenklaturunun təkmilləşdirilməsi də davam etdiriləcək.
Səfər Mehdiyev gömrükdəki növbələrin tam aradan qalxacağını açıqladı
Digər tərəfdən, yeni gömrük sərhəd-keçid məntəqələrinin tikintisi və yenidən qurulması, müasir texniki nəzarət vasitələrinin alınması və quraşdırılması, innovativ texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlıqla bağlı dəstək layihələrinin icrası davam etdiriləcəkdir.
DGK sədrinin müavini Cavad Qasımov beynəlxalq ticarətin sürətləndirilməsi, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin daha da sadələşdirilməsi üçün atılan addımlardan və gələcək hədəflərdən danışıb, tətbiq ediləcək layihələr barədə məlumat verib.
Daha sonra görüşdə iştirak edən sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.