“Gömrük orqanları şəffaflaşmalıdır. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd budur”.
Şahin Bağırov: “Gömrük məmuru işindən məmnun olmalıdır”
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Bundan başqa, gömrük orqanlarında da məmnuniyyəti artırmaq lazımdır. Çünki gömrük orqanı işçiləri işindən razı olmadığı halda, korrupsiyaya meyillilik arta bilər. Bu da işdə şəffaflığa mane ola bilər. Ona görə də dünya təcrübəsində olduğu kimi bizdə də gömrük işçilərinin maaşları artırılır”,- deyə o bildirib. (Modern.az)