Dövlət Gömrük Komitəsinin əsas hədəfləri gömrük orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, sahibkarların və gömrük orqanı əməkdaşlarının məmnunluğunun artırılmasıdır.
“FED.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Gömrük məmuru işindən məmnun olmalıdır ki, fəaliyyətini normal həyata keçirsin”, - deyə o qeyd edib (Report).