Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xaricə 1 415.56 ton nar satıb. Ölkənin bu satışdan gəliri $2 mln. 198.22 min olub.
Eləcə də bax: Azərbaycan meyvə-tərəvəz ixracını - 8%-DƏK ARTIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Ötən ilin müvafiq dövründə isə 1 853.54 ton nar ixracından gəlirlər $2 mln. 889.59 min olmuşdu. Deməli, 2022-ci ilin ilk rübündə nar ixracı miqdar ifadəsində 23.6%, dəyər ifadəsində isə 23.9% azalıb.