2022-ci ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 940 milyon 220 min ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı - 39% ARTIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac 5 milyard 967 milyon 735 min ABŞ dolları, idxal 1 milyard 972 milyon 485 min ABŞ dolları təşkil edib. Saldo müsbət 3 milyard 995 milyon 250 min dollar olub.
İxracın 5 milyard 505 milyon 934 min dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub. (Marja)