2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 461,5 mln. ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Sözügedən məhsulların ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artıb.
Nazir qeyd edib ki, bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir. (Apa)