Son bir ayda Azərbaycanda orta aylıq əmək haqqı 0,5 manat azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkə üzrə orta aylıq əmək haqqı 1002,8 manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə orta aylıq əmək haqqı 8,8% və ya 81 manat artıb.
Bununla yanaşı, əvvəlki ayla müqayisədə maaşlarda azalma var. Belə ki, yanvar-may aylarının nəticələrinə görə, orta maaş 1003,3 manat idi. Başqa sözlə, son bir ayda maaşlar 0,5 manat azalıb.