Bu ilin yanvar-may aylarında Azərbaycan 8,632 milyon ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri idxal edib.
Eləcə də bax: Azərbaycan buğda idxalını 1,3 dəfə, meyvə ixracını 1,5 dəfə - Artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,143 milyon ABŞ dolları (57,3 %) çoxdur.
Beş ay ərzində Azərbaycanın xalçalar və digər toxunma döşəmə örtükləri ixracının dəyəri isə 147 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 30 min ABŞ dolları (25,6 %) çoxdur.
Hesabat dövründə xalçalar və digər toxunma döşəmə örtükləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,2 %-ni təşkil edib. (Report)