2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 365,3 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 4 ayının göstəricisindən 30,6% çoxdur.
Eləcə də bax: Azərbaycanın pomidor ixracında sıçrayış - 1 AYDA 4 AYDAKI QƏDƏR SATIŞ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $92 milyon 994,3 min (artım 52,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $48 milyon 181,6 min dəyərində (artım 2,9 dəfə) 106,8 min ton şəkər xammalı və şəkər (artım 2,2 dəfə), $58 milyon 887,8 min dəyərində (artım 33,3%) 44,76 min ton bitki yağı (azalma 11,5%), $16 milyon 934 min dəyərində (azalma 2%) 4,438 min ton çay (azalma 2,7%), $27 milyon 150,3 min dəyərində (artım 1,5%) 5,6 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 4,6%) idxal edilib.
Yanvar-aprel aylarında respublikaya $8 milyon 387,5 min dəyərində (azalma 34,8%) 2,299 min ton iribuynuzlu heyvan əti (azalma 33,6%), $9 milyon 322,3 min dəyərində (azalma 25,9%) 7,87 min ton quş əti və quş əti məhsulları (azalma 27,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $50 milyon 809,4 min dəyərində (artım 4,6%) 54,925 min ton meyvə (azalma 0,9%), $11 milyon 892,6 min dəyərində (artım 1,6 dəfə) 24,245 min ton tərəvəz (artım 1,7 dəfə), $22 milyon 607,5 min dəyərində (azalma 5%) 90,235 min ton kartof (artım 3,8%) idxal edilib.
Yanvar-aprel aylarında ölkədən $48 milyon 877,1 min dəyərində (azalma 38,9%) 42,819 min ton tərəvəz (azalma 35,1%), $79 milyon 727,9 min dəyərində (artım 14,1%) 71,55 min ton meyvə (artım 50,2%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $13 milyon 366,3 min dəyərində (artım 3 dəfə) 25,985 min ton şəkər (artım 2,4 dəfə), $6 milyon 540,1 min dəyərində (artım 1,8 dəfə) 5,706 min ton bitki yağı (artım 35,3%) ixrac edilib.
Yanvar-aprel aylarında Azərbaycan $5 milyon 609,9 min dəyərində (аrtım 9,8%) 4,688 min ton meyvə və tərəvəz şirələri (artım 28,2%), $1 milyon 39,4 min dəyərində (artım 29,1%) 88,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 1,8 dəfə), $3 milyon 61,8 min dəyərində (azalma 5,5%) 2,592 min ton meyvə və tərəvəz konservləri (artım 18,4%), $1 milyon 571,2 min dəyərində (azalma 61%) 666 ton tütün (azalma 59,9%) ixrac edib. (İnterfaks)