Bu ilin yanvar-fevral aylarında Azərbaycan 81 milyon ABŞ dolları dəyərində 5,2 min ton əczaçılıq məhsulu idxal edib.
Eləcə də bax: Azərbaycan əhalisinin əczaçılıq məhsullarına xərcləri - 51% Artıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,5 milyon ABŞ dolları (43,4 %) və 2,3 min ton (1,8 dəfə) çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 5 %-ni təşkil edib. (Report)