Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 138,4 mln. manat xərcləyib.
Eləcə də bax: İki ayda 997 milyon manatlıq geyim və ayaqqabı - Alınıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 51% və ya 47,1 mln. manat artıb.
Cari ilin fevral ayında satışların həcmi 69,7 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% və ya 1 mln. manat artıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,7 faiz bəndi çoxdur. (Apa)