Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.
Eləcə də bax: BVF: Ermənistanda işsizlik - Tarixi Maksimuma Çatacaq
FED.az xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.
İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.
24 milyon avro məbləğində yeni qrant ittifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir. (Report)