Beynəlxalq Valyuta Fondu (BVF) bu il Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyası fonunda Ermənistanda ÜDM-in 7,3% azalacağını proqnozlaşdırır.
Eləcə də bax: Ermənistan 2020-ci ili nokaut vəziyyətində başa vurur - İqtisadçı
FED.az xəbər verir ki, BVF-in verdiyi məlumata görə, 2019-cu ildə Ermənistanda ÜDM istehsalı 13,673 mlrd. ABŞ dolları təşkil edib və bu il sözügedən göstəricinin 1 mlrd. dollardan çox azalaraq 12,663 mlrd. dollara enməsi gözlənilir.
İşsizliyə gəldikdə, bu il Ermənistanda bu göstəricinin 24,1% səviyyəsində olacağı gözlənilir ki, bu da tarixi rekord sayıla bilər. Ötən il sözügedən göstərici 18,9%-ə bərabər idi.
BVF-nin məlumatına görə, Ermənistanın məcmu beynəlxalq ehtiyatları 21% azalaraq bu il 2,251 mlrd. dollara enəcək, ölkəyə birbaşa xalis xarici investisiyaların həcmi isə 2 dəfədən çox azalaraq cəmi 178 mln. dollara təşkil edəcək. Fondun proqnozlarına görə, bu il ölkənin ixracı 33,5%, idxalı isə 28,1% azalacaq.
Qeyd edək ki, hazırda Ermənistanın Fonddan maliyyə yardımı şəklində qəbul etdiyi vəsaitlərin həcmi 332 mln. dollar təşkil edir. (Apa)