Dolların bahalaşması davam edir və avro dollar qarşısında 1,0208 səviyyəsinə düşüb.
Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 200 milyon dollarlıq investisiya qoyub
FED.az xəbər verir ki, bu göstərici 2022-ci ilin noyabrından bəri ən aşağı nöqtədir. ABŞ iqtisadiyyatının digər ölkələrdən güclü olduğunu göstərən qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatları, dolların digər valyutalara qarşı möhkəmlənməsinə səbəb olub. Dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksəlib, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Avro ilə yanaşı, sterlinq də dollar qarşısında 14 ayın ən aşağı səviyyəsinə düşüb, 1,2138-ə enib. Eyni zamanda, yen qarşısında dollar 0,18 faiz ucuzlaşıb.