Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb.
Tramp Azərbaycana da gömrük rüsumu - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "ABC News" telekanalına müsahibəsində bildirib.
"Ötən gün ABŞ-ın ticarət danışıqlarında iştirak edən nümayəndəsindən hesabat aldım. Bildirildi ki, 50-dən çox ölkə Prezident Donald Trampa müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlara başlamaq istəyini ifadə edib. Onlar başa düşürlər ki, onların məhsullarına qarşı çoxsaylı rüsumlar tətbiq olunub və bu səbəbdən danışıqlar aparmaq istəyirlər”, – deyə Hasset qeyd edib.
O həmçinin əlavə edib ki, Vaşinqton Rusiya ilə bağlı idxal rüsumlarını tətbiq etməyib.
Hasset deyib ki, Prezident Tramp bu mövzunun Ukrayna üzrə sülh danışıqlarına mane olmasını istəmir. (Marja)