2021-ci ildə Azərbaycan dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,2 faizinə bərabər olacaq.
FED.az bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.
Eləcə də bax: "Fitch": Region iqtisadiyyatı COVID-19-dan - Bərpa Olunur
Qeyd olunur ki, bu göstərici 2020-ci ildə ÜDM-in 6,5 faizinə bərabər idi.
Hesabata əsasən, 2022-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri ÜDM-in 0,7 faizinə bərabər olacaq:
"Bu, daha yüksək neft qiymətləri ilə bağlı gəlirlərin kəskin artması ilə, OPEC+ sazişi çərçivəsində hasilat kvotalarının mərhələli şəkildə artırılması ilə və qeyr-neft ÜDM-in bərpası ilə əlaqədardır". (Trend)