"Fitch" agentliyi tərəfindən Azərbaycanın da daxil olduğu Avropanın inkişaf etməkdə olan ölkələr regionunun iqtisadiyyatı məhdudiyyətlərin azalması, vaksinasiyanın sürətlənməsi və dövlət dəstəyi sayəsində COVID-19 pandemiyasının təsirlərindən bərpası davam etsə də, virusun yenilənmiş dalğaları sözügedən prosesin aktivliyini səngidir.
Eləcə də bax: AİB: Azərbaycanda sənayə və kənd təsərrüfatı sektorları - Böyüyəcək
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin region üzrə yenilənmiş hesabatında deyilir. Bildirilir ki, COVID-19 məhdudiyyətlərinin uzanması dövlətlərin maliyyə sistemlərinə təzyiqi davam etdirir, lakin dərin maliyyələşdirmə problemləri hələ müşahidə olunmayıb. Bundan əlavə, bölgənin çox hissəsində inflyasiya sürətlənərək monetar siyasət çərçivəsində cavab tədbirlərinə səbəb olub.
"ABŞ-ın uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi, ümumiyyətlə, avro maliyyələşdirilməsinin üstünlük təşkil etdiyi mərkəzi və şərqi Avropa regionuna və sözügedən valyutada maliyyələşdirməyə nadir halda girişi olan MDB ölkələrinə az təsir göstərib", - deyə hesabatda bildirilir.
Fitch" qeyd edir ki, Türkiyə istisnadır. Ölkənin xarici maliyyələşdirməyə olan böyük tələbatı və Mərkəzi Bankın rəhbərliyin dəyişməsindən sonra monetar siyasətdə yaranan qeyri-müəyyənlik Türkiyənin həssaslığını bir qədər də artırıb. Rusiyanın xarici maliyyələşdirmə imkanları qismən sanksiyalarla məhdudlaşdırılırsa da, ölkənin reytinqi ("BBB") ABŞ-ın aprel ayında tətbiq etdiyi yeni sanksiyalara davamlıdır. Sözügedən tədbirlər ABŞ qurumlarının ölkənin yerli valyutada ilkin bazar əməliyyatlarındaiştirakını qadağan edir.
Agentliyə görə, region ölkələrinin reytinqləri Ermənistan ("BB-"dən "B+"a azalma) və Slovakiya ("A+"dan "A"ya azalma) istisna olmaqla pandemiyanın təsirlərinə tab gətirib. Lakin COVID-19 böhranının ölkələrin özlərinə xas olan problemlərlə birgə yerli və xarici maliyyələrinətəsiri, regionun 21 ölkəsindən 6-nın reytinq üzrə proqnozunun "mənfi" təyin edilməsi ilə yekunlaşıb. "Mənfi" proqnozlu ölkələrin siyahısına Azərbaycan ("BB+"), Gürcüstan, Şimali Makedoniya, Rumıniya, Slovakiya və Belarus daxildir.
"Fitch" hesabatında xatırladır ki, iki ölkənin reytinq üzrə proqnozu yüksəldilib. Türkiyənin proqnozu "stabil"ə, Bolqarıstanın reytinqi isə "müsbət"ə dəyişdirilib. (Apa)