Dünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına, idxal olunan məhsulun miqdarının isə azalmasına səbəb olub.
Eləcə də bax: 42 milyon dollar daha çox xərclənib, lakin ötənilki qədər - Duru Yağ Alınmayıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində (yanvar-avqust) Azərbaycana 155 milyon 514 min dollar dəyərində 111 min 160 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib.
Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin 9 ayında Azərbaycana 110 milyon 893 min dollar dəyərində 119 min 863 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 8 min 703 ton azalıb, statistik dəyər ifadəsilə 44 milyon 621 min dollar və ya 40,2% artıb. Qısası, Azərbaycan daha çox məbləğə daha az yağ alıb.
Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşıb. (Marja)