Dünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına, idxal olunan məhsulun miqdarının isə azalmasına səbəb olub.
Eləcə də bax: Azərbaycan daha çox məbləğə daha az duru yağ alıb - 127 MİLYON DOLLAR...
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 140 milyon 673 min dollar dəyərində 101 min 988 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib.
Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin 8 ayında Azərbaycana 98 milyon 3 min dollar dəyərində 105 min 788 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 3 min 800 ton azalıb, statistik dəyər ifadəsilə 42 milyon 671 min dollar və ya 43,5% artıb. Qısası, Azərbaycan daha çox məbləğə daha az yağ alıb.
Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşırlar. (Marja)