OpenAI, "ChatGPT"-nin sahibi, əməkdaşlarına 1,5 milyard dollarlıq səhmləri Yaponiya nəhəngi SoftBank Group-a satmağa imkan verəcək.
“Amazon” “OpenAI”ın rəqibinə daha 4 milyard dollar sərmayə qoyur
FED.az xəbər verir ki, SoftBank-ın rəhbəri Masayoshi Son, OpenAI-də payını artırmaq istəyir. SoftBank artıq əvvəlki maliyyələşdirmə mərhələsində şirkətə 500 milyon dollar sərmayə yatırıb.
Yeni təklifdə səhmlərin qiyməti əvvəlki maliyyələşdirmə dəyəri ilə eyni olacaq. Əməkdaşlar səhmlərin satışına 24 dekabra qədər qərar verməlidirlər. Bu sərmayə SoftBank-ın Vision Fund 2 fondu vasitəsilə həyata keçiriləcək.
OpenAI, ChatGPT-nin populyarlığı ilə diqqət çəkərək, 250 milyon həftəlik aktiv istifadəçiyə çatıb və şirkətin qiymətləndirilməsi 157 milyard dollar səviyyəsinə yüksəlib.