Ötən il İran İslam Respublikasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 371,487 milyon ABŞ dolları təşkil edib.
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 24,496 milyon ABŞ dolları və ya 6,2% azaldıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İrandan yatırılan investisiyaların payı 5,3% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə İrandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 395,983 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır. (Trend)