Beynəlxalq valyuta birjalarında FED-in yumşaq monetar siyasətinə davam etməsi ehtimalının üstünlük təşkil etməsi, dollar indeksinin düşməsinə səbəb olur və prosesin son 6 ilin minimumuna kimi davam edəcəyi proqnozlaşdırılır.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşmanın davam etdiyi müşahidə edilir. USD/JPY, USD/TRY və USD/RUB məzənnələri də ucuzlaşmaqdadır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan iqtisadi inkişaf, saat 12:00-da "ifo" biznes mühiti indeksi və saat 18:00-da ABŞ-dan istehlak güvən göstəricisinin dərci də investorların diqqət mərkəzində olacaqdır.
Əmtəə birjalarında qızıl və neft qiymətləri də dəyər qazanmaqdadır. Önəmli müqavimət səviyyələri bir unsiya üzrə qızılda 1890 dollar, bir barel Brent neftində 69 dollardırdır.
Kriptovalyuta birjalarında isə əksinə olaraq, bitkoin etibar itirməklə cari ilin minimumuna yaxın, lakin 28666$ dəstək səviyyəsinin üzərində ticarət edilir. Önəmli müqavimət səviyyələri 42177 və 47463 dollardır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.