“CFİ Financial İnvestisiya Şirkəti” QSC-yə məxsus “AzFinance Asset Management” MMC-nin direktoru dəyişdirilib.
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Pərvanə Qasımova Əlifağa qızı direktor təyin edilib.
O bu vəzifədə Abid Mamedov Mamed oğlunu əvəz edib. Abid Mamedov 2025-ci ilin əvvəlinə qədər “Azfinance İ.Ş.”nin (indiki “CFI Financial İ.Ş.”) əsas səsvermə hüququ olan səhmdarı o idi. Onun şirkətdəki payı 85 faiz idi. Mamedov 2019-cu ildən bu postda çalışırdı.
Pərvanə Qasımova Əlifağa qızı isə hazırda paralel olaraq ana şirkət “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində çalşır.
İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik olur. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir. (Banker)












