Bu ilin I yarısında Azərbaycanda investorlar səhmlərə 35 milyon manat yatırıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu da ötən ilin sonu ilə müqayisədə 15 milyon manat və ya 75% çoxdur.
Keçən ilin sonunda investorların səhmlərə yatırdığı vəsait 20 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.