EUR
Amerika iqtisadiyyatında yeni korona dalğası fonunda narahatlıqların artdığı bir vaxtda, FED-in bu il yumşaq monetar siyasətindən uzaqlaşması siyasəti dolların da ucuzlaşmasına səbəb olur. Beləliklə, avro dəyər qazanır və bu, 1.19$-a kimi davam edə bilər.
GBP
GBP/USD məzənnəsində də başlayan yeni bahalaşma dalğasının 1.39$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Enerji birjalarında neft qiymətlərinın 6 ilin maksimumuna yaxın ticarət edilməsi də funta dəstək verən amillərdəndir.
TRY
Türkiyə iqtisadiyyatının ikinci rüb üzrə inkişaf proqnozların yüksəlməsi, lirənin də bahalaşmasına səbəb olur və USDTRY məzənnəsi 8.19TL-yə kimi düşə bilər. Böyüməyə dair göstəricilər çərşənbə günü saat 11:00-da yayımlanacaq. Cümə günü isə infıyasiya səviyyəsi dərc ediləcəkdir.
OIL
Enerji birjalarında demək olar ki, son altı ilin maksimumlarında ticarət edilən Brent neftinin bir barel qiyməti 74$-ın qırılması ilə 78$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, qızılın da dəstək görməsinə səbəb olur. Təhlillərə əsasən, trend 1858$-a (59.7 $/qram) kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.