Ötən il Almaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 75,297 milyon dollar təşkil edib.
FED.az xəbər ver rki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı investisiyalar barədə məlumatda bildirilir.
Son bir ildə Almaniyanın Azərbaycana birbaşa xarici investisiyaların həcmi 48,779 milyon dollar və ya 2,83 dəfə artıb.
Xatırladaq ki, 2023-cü ildə Almaniyanın Azərbaycana birbaşa yatırımları 26,518 milyon dollar idi, 2024-də bu rəqəm 75 milyon doları keçib.
Kəskin artım nəticəsində Almaniyanın yatırımları Azərbaycana ümumi investiyalarında 1,1%-ə yüksəlib.
Ötən il almanların ölkəmizə yatırımlarının payı cəmi 0,4% idi.
Xatırladaq ki, Azərbaycan iqtisadiyyatına yatırımların ümumi həcmi 2023-də 6 milyard 658 milyon dollar, 2024-cü ildə isə 7 milyard 46 milyon dollar olub.