«Booking.com” şirkəti Avropa Komissiyasının rəsmiləri ilə görüşdən sonra qiymət və endirimlərlə manipulyasiya etməyəcəyinə söz verib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, onlayn bronlama xidməti booking.com 2020-ci il 16 iyuna kimi qiymətlərlə manipulyasiya edəcəyinə son qoyacağını bildirib.
Eləcə də bax: Bakıda və regionlarda - YENİ HOTELLƏR AÇILACAQ
Məsələn, servis dəqiq göstərəcək ki, «Cəmi bir boş yer qalıb» mesajı yalnız bu servisin satdığı nömrələrə aiddir (yəni həmin oteldə başqa boş yerlər də qala bilər). Bundan başqa, servisdəki təkliflər vaxt çərçivəsinə salınmayacaq, əgər nömrəni həmin müddətdən sonra bron edəndə qiymətlər artmayacaqsa.
Eləcə də, Booking.com yekun qiyməti göstərməli və zəmanət verməlidir ki, endirim haqqında olan işarə doğrudan da qənaətə imkan verir.
Booking.com-un özündə bu yeniliklərə normal baxırlar. Şirkət bildirib ki, fəaliyyət göstərdiyi bütün ölkələrdə yerli qanunvericiliyə əməl etməyə, müvafiq qurumlarla əməkdaşlığa və xidmət standartlarına əməl etməyə hazırdırlar.