Ağdamdan Şuşaya Əsgərandan keçməklə yeni avtomobil yolunun inşası planlaşdırılır.
Eləcə də bax: Azərbaycanla Türkiyə arasında ticarətdə – PROBLEMLƏR VAR – MÜŞAVİR AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın məlumat verib.
Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin “Kolin İnşaat” şirkəti həyata keçirəcək. “Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb” – deyə Cemal Yanğın əlavə edib. Qeyd edək ki, “Kolin İnşaat” işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.