Azərbaycanla Türkiyə arasında qarşılıqlı tickrətin 15 milyard dollar qaldırılması ilə bağlı hədəflər qoyulsa da, hazırda iki qardaş ölkə arasında ticarət sahəsində problemlər var.
Eləcə də bax: Yakup Sefer: "Türkiyənin 30 şirkəti Qarabağa 1 mlrd dollarlıq investisiya yatıracaq"
FED.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbayca-Türkiyə Əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun Xüsusi Sessiyasında bildirilib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Yakup Sefer bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarətdə problemlər və əngəllər var.
Azərbaycanın illik ixracatı 22 milyvard dollar, idxalı 11 milyard dollar təşkil edir.
Türkiyənin Azərbaycana ixracı 1,8 milyard dollar, Azərbaycanın Türkiyəyə ixracı isə 2,8 milyard dollardır. Yəni 2021-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi ümumilikdə 4,6 milyard dollar təşkil edib. Ölkə prezidentlərinin bizim qarşımızda qoyduqları hədəf isə 15 milyard dollardır.
Bizim məqsədimiz bu 15 milyard dollar ticarət həcminə çatmaq üçün bu işi həyata keçirən insanları bir araya gətirməkdir. Bu toplantı ortaya çıxıq problem və çətinliklərin həlli üçün vacibdir. İki ölkə arasında ticarət həcmini artırmaq üçün lazımi işlər görülür, sərgilər, forumlar keçirilir, Türkiyədən Azərbaycana və ya Azərbaycandan Türkiyəyə nümaynədə heyətləri gedir. Buna baxmayaraq iki ölkə arasındakı ticarət əlaqələrində bəzi maneələr qalmaqdadır. Bu əngəllərin aradan qaldırılm ası tələb olunur.
Ticarət müşaviri xatırladıb ki, Türkiyə Avropa Birliyi ticarət sazişinin üzvü olduğuna görə Azərbaycanla sərbəst ticarət həyat keçirə bilmirdi. Bunun aradan qaldırılması üçün Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişi imzalanıb.
Xatırladaq ki, sözügedən sənəd – «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi» 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb və 2020-ci ilin 31 may tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. Həmin qanuna əsasən əlavə edilən bir sıra mallar üzrə iki ölkə arasında ticarətdə gömrük rüsumu tutulmur.
Bununla yanaşı, ticarət müşaviri sözügedən sənədin heç də bütün məhsulları ərahə etmədiyini və cəmi 15 mal növünə aid olduğunu bildirib: «Biz bu sazişin əhatə etdiyi malların siyahısının genişləndirilməsini istəyirik»-deyə müşavir bildirib.
Yakup Sefer onu da bildirib ki, iki ölkə arasındakı ticarət proseslərinə logistik problemlər, sərhəddə yüklərin uzun müddət növbə gözləməsi və mane olur. Onun sözlərinə görə, son dövrlər Ukraynada baş verən hadisələrlə əlaqədvr olaraq bu problemlər daha da güclənib. «Bu problemlər özünü Türkiyə-Gürcüstan və Gürcüstan-Azərbaycan sərhədlərində yük avtomobillərinin hərəkətindəki çətinliklərdə, uzun müddət gözləmədə göstərir. Onların həlli üçün 3 ölkənin rəsmiləri birlikdə müzakirələrə başlamalıdırlar»-deyə ticarət müşaviri FED.az-a bildirib.