Bakıda fəaliyyət göstərən daha bir inşaat şirkəti müflis olunduğunu elan edir.
FED.az xəbər verir ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 99/1, mənzil 8, olan ərizəçi “Piramida Tunel İnşaat” MMC-nin müflis elan olunması barədə ərizə verib.
Ərizəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində 10 fevral 2021-ci il saat 10:30-da hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq.
Şirkət bu barədə kreditorlarını xəbərdar edib.