5250 nəfər bir mənzilin bir neçə nəfərə satılmasının qurbanı olub.
Deputat: "Vətəndaşların 58%-i istismarı 30 ili ötmüş binalarda məskunlaşıb"
FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, ölkəmizdə bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb.
O qeyd edib ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir.
“Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır.”
Zahid Oruc vətəndaşların istismar müddəti başa çatmış binalarda yaşaması məsəsinə də diqqət çəkib. (Xezerxeber.az)